VAR Azərbaycanda nə zaman tətbiq olunacaq?

var-azerbaycanda-ne-zaman-tetbiq-olunacaq
Oxunma sayı: 965

“VAR-ın tətbiqi ilə bağlı işlərə başlayacağıq. Aprelədək rəsmi protokolu həll edəcəyik”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlama verib.

O bildirib ki, bu sistemin tətbiqini növbəti mövsümə kimi çatdırmayacaqlar: “Amma VAR 2022/2023 mövsümündə istifadə oluna bilər. Bu, çox qəliz prosesdir. Çalışırıq ki, hər hansı çatışmazlıq olmasın”.