VAR-la bağlı yeni - Qərar

var-la-bagli-yeni
Oxunma sayı: 3695

Futbol üzrə Avropa çempionatına az qalmış VAR ilə bağlı yeni qərar açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda UEFA Hakimlər Komitəsinin prezidenti Roberto Rozetti mətbuat konfransında açıqlama verib.

Belə ki, yeni qərara əsasən, AÇ-2024-də VAR-a təqdim edilən mübahisəli epizodlar ətraflı şəkildə ekranda əks olunacaq.

 Yeni qərarlarda hakimlər komanda kapitanlarına da izahat verəcəklər.

Futbolsevərlərin səbirsizliklə gözlədiyi bu qərardan sonra Avropa çempionatında kritik epizodlar barədə daha aydın qərarlar veriləcək.