VAR sistemi sınaqdan keçirildi - Fotolar

var-sistemi-sinaqdan-kecirildi
Oxunma sayı: 4803

Azərbaycan Premyer Liqasında tətbiqi nəzərdə tutulan VAR (Video Assistant Referee) sistemi ilk dəfə olaraq test rejimində sınaqdan keçirilib.

“Qafqazinfo” AFFA-ya istinadən xəbər verir ki, dünən “ASK Arena”da keçirilmiş Azərbaycan U-17 – “Şamaxı” U-19 qarşılaşmasının baş hakimi Fərid Hacıyev olub.

Video Köməkçi Hakim funksiyasını isə Elçin Məsiyev və Kamal Umudlu yerinə yetiriblər.

Qeyd edək ki, FİFA-nın müvafiq tələbinə uyğun olaraq, VAR sistemi rəsmi oyunlarda tətbiqindən əvvəl test rejimində sınaqdan keçirilməlidir.