İndoneziyada yaşayan komodo varanı meymunu udub. “Qafqazinfo”nun məlumatına görə, həmin anın görüntüləri sosial şəbəkədə yayılıb.
Kadrlardan göründüyü kimi, heyvan meymunu, boğazından tam keçənədək, yavaş-yavaş udur.
Qeyd edək ki, komodo varanı - əsl varanlar fəsiləsinə aid kərtənkələ növüdür. Bu növ ancaq İndoneziyanın Komodo, Rinka, Flores və Qili-Motanq adalarında yayılıb. Adanın yerli əhalisi onları ora və ya “buaya darat” («yerüstü timsah») adlandırırlar. Bu canlı hazırda dünyada yaşayan ən böyük kərtənkələdir. Onların uzunluğu bəzən 3 metr, çəkiləri isə 250 kiloqrama çata bilir.
Son xəbərlər
Son Xəbərlər