Varisin hekayəsi məşhur saytda

varisin-hekayesi-meshur-saytda
Oxunma sayı: 1908

Tanınmış yazıçı Varis Yolçuyev Qarabağ həqiqətlərini dünya oxucusuna çatdırmaq missiyasını həyata keçirməyə çalışır. "Qafqazinfo"ya daxil olan məlumata görə, Qarabağ mövzusu, demək olar ki, yazıçının bütün roman və hekayələrində yer alıb.

Bu günlərdə Ümumdünya Dağ Yəhudiləri Konqresinin rəsmi internet səhifəsi «Oxumaq üçün məsləhət görülən ədəbiyyat» bölümündə Varisin erməni-daşnakları tərəfindən 1918-ci ildə Qubada 4 mindən çox türkün, yüzlərlə ləzginin, yəhudinin amansızlıqla qətlə yetirildiyi soyqırımdan bəhs edən «Xrizantema dəstəsi» hekayəsini yerləşdirib. Hekayənin yəhudi mənbəyi vasitəsi ilə dünyanın böyük oxucu auditoriyasına ünvanlanmasından bərk təşvişə düşən erməni dairələri hər gün rəylər bölümündə azərbaycanlıların və türklərin ermənilərə qarşı genosid həyata keçirdiyi barədə «maxpark», «salda» kimi portallardakı uydurma materialları iqtibas verməklə özlərini aciz duruma düşdüklərini etiraf etməkdədirlər.