Varlılar da ağlayır... - Fotolar

Varlılar da ağlayır...
Oxunma sayı: 4430

Son zamanlar məişət zorakılığı geniş şəkildə yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu zorakılıqdan əziyyət çəkənlər arasında dünyaca məşhur ulduzlar da var.

Madonna

Maddona da vaxtı ilə məişət zorakılığının qurbanı olub.  Bu, onun aktyor və rejissor Şon Pennlə evliliyi zamanı baş verib. Cütlüyün münasibəti hər zaman gərgin olub. Onlar hətta ictimaiyyət arasında da tez-tez mübahisə ediblər. Bunun da səbəbi aktyorun aqressiyaya meyilli olan xarakteri olub.

Penn çox qısqanc və əsəbi olub. Madonnaya bir addım belə yaxınlaşan hər bir kişi mütləq üzündən  zərbə alıb. Madonnanın əvvəlcə ərinin bu xasiyyətindən xoşu gəlsə də, sonradan o da bu cür davranışdan zərər çəkib.

Bir dəfə xəstəxanaya gedən Maddonna rentgen müayinəsindən keçib. Həmin gün Şon onun başından beysbol taxtası ilə zərbə endirib. Lakin bu da cütlüyün münasibətlərinin sonu olmayıb. 1989-cu ilin dekabrında əri onu elektrik naqili ilə bağlayıb və ona 9 saat işgəncə verib. Döyüb, saçlarını yolub və zorlayıb... İçkili olan ərinin yatmasından istifadə edən Madonna əlini açaraq polisə gedib.  Bir müddət keçəndən sonra Madonna şikayət ərizəsini geri götürərək ərinin həbs olunmasını istəmədiyini bildirib. Şonun ona çəkdirdiyi iztirablara baxmayaraq,  Madonna hələ də keçmiş ərini həyatının ən əsas sevgisi adlandırır.

Rihanna

Məşhur müğənni məişət zorkalığı ilə 2009-cu ildə, reper Kris Braunla münasibəti zamanı qarşılaşıb. Cütlük arasında mübahisə düşüb və reper ona avtomobildə hücum edib, daha sonra yola atıb. Maraqlıdır ki, reper etdiyi hərəkətdən sonra özü polisə müraciət edərək baş verənləri danışıb. Məlum olub ki, o, müğənniyə əvvəlcə bədən xəsarətləri yetirib, daha sonra onu boğmağa çalışıb. Lakin vaxtında ayılıb. Nəticədə Kris Braun 5 il şərti azadlıqdan məhrum etmə cəzasına məruz qalıb.

Kristina Aqilera

Kristina Aqilera hələ uşaq olarkən atası tərəfindən məişət zoraklığına məruz qalıb. O, yetkin yaşa çatandan sonra da sözügedən problemlə üzləşib. Belə ki, sevgilisi Cordan Bratman ailə münaqişəsi zamanı ona əl qaldırıb.

Məşhur ulduz partlamış dodaq, ağzından axan qanla xəstəxanaya çatdırılıb. Onun müşayiət edən əri isə Kristinanın yıxıldığını deyib.  Lakin üzündəki çoxsaylı göyərmələr onun yumruq zərbələrinə məruz qaldığını göstərib. Aqilera xəstəxanadan buraxıldığdan sonra boşanma ərizəsi verib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi