Azərbaycanın Polşadakı səfirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə Akademiyanın rektoru professor Andjey Mastalej, eləcə də təhsil ocağının müəllim və tələbə heyəti iştirak edib.
Səfir Həsən Həsənov ölkədə müasir üslubda tikilən Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı və digər müasir idman qurğularının atletləri artıq qəbul etməyə hazır olduğunu diqqətə çatdırıb. Səfir ilk Avropa Oyunlarının xalqlar arasında qardaşlığın və beynəlxalq dostluğun gücləndirilməsi baxımından çox faydalı olacağına əminliyini bildirib.
Tədbirdə birinci Avropa Oyunları ilə bağlı polyak dilində hazırlanmış açıqcalar, Azərbaycan-polyak dillərində danışıq kitabçaları paylanıb, videoçarxlar nümayiş etdirilib.
Sonra birinci Avropa Oyunlarına həsr edilən sərginin açılışı olub və Azərbaycan mətbəxinin ləziz nümunələrinin təqdim olunduğu ziyafət verilib.
Son xəbərlər
Son Xəbərlər