Vasif Durarbəyli də mübarizəni dayandırdı

vasif-durarbeyli-de-mubarizeni-dayandirdi
Oxunma sayı: 1533

Rusiyanın Soçi şəhərində dünya kuboku yarışları davam edir.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan şahmatçısı Vasif Durarbəyli 1/8 finalda hindistanlı Santoş Viditə məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, dünya kubokuna ümumilikdə Azərbaycanın 7 şahmatçısı qatılmışdı. Belə ki, 6 şahmatçımız (Şəhriyar Məmmədyarov, Nicat Abasov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova) bundan əvvəlki mərhələlərdə uduzaraq yarışla vidalaşıblar.

Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.