Vasif İsmayıl da namizəd olacaq

Vasif İsmayıl da namizəd olacaq
Oxunma sayı: 3892

Tanınmış həkim Vasif İsmayıl da fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə namizəd kimi iştirak edəcək. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb.

44 yaşlı V. İsmayıl Sumqayıt şəhər 41 saylı 1-ci seçki dairəsindən namizədliyini verib:

“Sumqayıt mənim doğma şəhərimdir. Orada doğulmuşam, orada oxumuşam, boya-başa çatmışam. Sumqayıt uşağıyam. Sumqayıtlılarla birlikdəyəm!”

Qeyd edək ki, tibb üzrə fəlsəfə doktoru olan Vasif İsmayıl uroloq-androloq kimi fəaliyyət göstərir. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi