Vasif Talıbov acar uşaqlarla görüşüb

vasif-talibov-acar-usaqlarla-gorusub
Oxunma sayı: 963


“Qafqazinfo” xəbər verir ki, avqustun 23-də Acarıstan Muxtar Respublikasından gələn 23 uşaq Duzdağ Fizioterapiya Mərkəzində 10 günlük müalicə kursu keçib.

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov acarıstanlı uşaqlarla görüşüb, onların səhhəti ilə maraqlanıb.

Sonra Ali Məclisin Sədri acarıstanlı uşaqlara hədiyyələr təqdim edib, onlarla xatirə şəkli çəkdirib.