Vasif Talıbov açılış etdi

vasif-talibov-acilis-etdi
Oxunma sayı: 1392


“Qafqazinfo” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinin yaydığı xəbərə görə MR-nın daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport verib. Vasif Talıbov mərasimdə çıxış edərək deyib: "Ölkəmizdə insan amilinə yüksək qiymət verilir. Vətəndaşların sosial müdafiələrinin gücləndirilməsi, onların lazımi yaşayış şəraiti ilə təmin olunmaları diqqət mərkəzində saxlanılır. Bu gün Daxili Qoşunların Naxçıvan Alayının şəxsi heyəti üçün xidməti yaşayış binası istifadəyə verilir, zabit-gizir ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Bütün bunlar Azərbaycanda mövcud olan dövlət-xalq birliyinin nəticəsidir."

"Hər bir ölkənin inkişafında başlıca amil daxili sabitlikdir" - deyən Ali Məclisin Sədri bildirib ki, Daxili Qoşunlar ölkəmizdə sabitliyin qorunması, cinayətkar və digər hüquqazidd qüvvələrə qarşı mübarizə aparmaq məqsədilə yaradılıb: “Bu gün Azərbaycanda sabitlik və inkişaf vardır. Bütün bunlar ümummilli lider Heydər Əliyevin yolunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur. Daxili Qoşunların Naxçıvan Alayının şəxsi heyəti üçün xidməti yaşayış binasının istifadəyə verilməsi də inkişaf və sabitliyin, eləcə də dövlətimiz tərəfindən vətəndaşlara göstərilən qayğının daha bir nümunəsidir”.

Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini və açarlarını təqdim edib.