“Qafqazinfo”nun xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təltif olunanları dövlətimizin ali mükafatlarına layiq görülmələri münasibətilə təbrik edib.
“Sabitlik, dövlət-xalq birliyi və vətənpərvər insanların olması hər bir ölkənin inkişafında başlıca şərtdir”, - deyə, Ali Məclisin sədri bildirib.
Ali Məclisin Sədri təltif olunanları Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə gəlişinin 45-ci ildönümü və əməklərinin yüksək qiymətləndirilərək orden, medal və fəxri adlara layiq görülmələri münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Ali Məclisin Sədri medalların və fəxri adların döş nişanlarını və vəsiqələrini təqdim edib.
Təltif olunanlardan İlkin Əsədov, Rəvayət İmanov, Məsum Səfərov, Vaqif Mahmudov, İlham Cəfərov, İbrahim Məmmədov, Bəhriyə Əliyeva, Kərəm Mustafayev, Əbülfəz Mahmudov, Cəlil Rüstəmov, Ramilə Seyidova, Şərafəddin Şükürov, Arif Rzayev və Əli Mahmudov əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıq ediblər.
Son xəbərlər
Son Xəbərlər