“Qafqazinfo” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Cümə məscidinə gəlib, Həzrəti Məhəmməd Peyğəmbərin mövlud günü münasibətilə keçirilən tədbirdə iştirak edib.
Tədbirdə Qurani -Kərimdən ayələr oxunub, xalqımıza əmin-amanlıq, ölkəmizə inkişaf və tərəqqi arzulanıb.
Muxtar respublikanın rayonlarında da Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə tədbirlər keçirilib.
Son xəbərlər
Son Xəbərlər