Vasif Talıbov təltif etdi

vasif-talibov-teltif-etdi
Oxunma sayı: 1499


“Qafqazinfo” xəbər verir ki, Ali Məclisin Sədri Vasif Talıbov İbrahim Ethem Artnurun Naxçıvanın muxtariyyət tarixinin araşdırılması sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib, alimin yazdığı kitabların Naxçıvanın 1918-1921-ci illər tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından dəyərli elmi mənbələr olduğunu diqqətə çatdırıb.

Ali Məclisin Sədri Naxçıvan tarixinin araşdırılması sahəsindəki səmərəli fəaliyyətinə görə İbrahim Ethem Artnura təşəkkür edib və onun “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edildiyini bildirib.

İbrahim Ethem Artnur muxtar respublikada bütün sahələrin, o cümlədən elmin inkişafı istiqamətində ardıcıl tədbirlər görüldüyünü bildirib. Alim Naxçıvan tarixinin araşdırılması sahəsindəki fəaliyyətini bundan sonra da davam etdirəcəyini vurğulayıb, “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif olunmasının onun üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib, əməyinin belə yüksək qiymətləndirilməsinə görə minnətdarlıq edib.

Ali Məclisin Sədri “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanını və vəsiqəsini İbrahim Ethem Artnura təqdim edib.