Vasif Talıbov yenidən Ali Məclisə sədr seçildi

vasif-talibov-yeniden-ali-meclise-sedr-secildi
Oxunma sayı: 1587

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası çağırılıb. 

“Qafqazinfo” xəbər verir ki, sessiyanın gündəliyinə salınan əsas məsələ Ali Məclisə seçkilərlə bağlı olub. Vasif Talıbov yenidən Ali Məclisin Sədri seçilib.

O, sessiyada çıxış edərək muxtar respublika əhalisinə və Ali Məclisin deputatlarına təşəkkürlərini çatdırıb. 

Qeyd edək ki, V. Talıbov 1995-ci il aprelin 8-də keçirilən konfransda YAP Naxçıvan Muxtar Respublika təşkilatının sədri seçilib. Azərbaycan Respublikası I-IV çağırış Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası I-IV çağırış Ali Məclisinin deputatı, hər çağırışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib.