Vasif Talıbova hesabat verildi- - Fotolar

vasif-talibova-hesabat-verildi-
Oxunma sayı: 1763


“Qafqazinfo”nun AzərTAc-a istinadən məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edib:

Ümumilikdə, 2014-cü ilin nəticələri deməyə əsas verir ki, 2015-ci ildə qarşıya qoyulmuş bütün vəzifələr icra ediləcəkdir. Bunun üçün isə hər bir dövlət orqanı və sahibkarlıq subyekti daha səylə çalışmalı, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər”.

Sonra Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 6 sahibkara güzəştli kreditlərin çeklərini təqdim edib. Bu kreditlər məhsulların istehsalı və ixracı müəssisəsinin, məsaməli beton istehsalı, iaşə obyektinin, elektrik açarları istehsalı sahəsinin, eləcə də maldarlıq və heyvandarlıq təsərrüfatlarının yaradılmasına sərf olunacaqdır.

Tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikasının 2014-cü ildəki sosial-iqtisadi inkişafından bəhs edən filmə baxıblar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və müşavirə iştirakçıları Biznes Mərkəzinin sərgi salonunda muxtar respublikada istehsal olunan müxtəlif növdə ərzaq və sənaye məhsullarının, eləcə də sənətkarlıq nümunələri və əl işlərinin sərgisi ilə tanış olublar.

Son 10 ildə ümumi daxili məhsul istehsalı 10,3 dəfə, sənaye məhsulunun həcmi 34,9 dəfə, kənd təsərrüfatının ümumu məhsulu 4,6 dəfə, əsas kapitala yönəldilən investisiyalar 11,5 dəfə, xarici ticarət dövriyyəsi 13,2 dəfə, o cümlədən ixracın həcmi 78 dəfə artıb. Təkcə 2014-cü ildə Naxçıvan Muxtar Respublikasında 47 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb, 3805 yeni iş yeri açılıb.