Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Baytarlıq Xidmətinin rəisi təyin edilib.
“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı bu gün Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.
Fərmana əsasən, Vəli Novruzov Naxçıvan MR Dövlət Baytarlıq Xidmətinin rəisi təyin edilib.
Qeyd edək ki, V. Novruzov bundan əvvəl Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, Naxçıvan Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov mayın 25-də Vasif Talıbovun sərəncamı ilə vəzifəsindən azad olunub.
Son xəbərlər
Son Xəbərlər