Vasif Talıbovun qovduğu jurnalistə ermənilər qucaq açdı

vasif-talibovun-qovdugu-jurnaliste-ermeniler-qucaq-acdi
Oxunma sayı: 643

Məktubda deyilir ki, məqalə birtərəfli, qərəzlidir və burada beynəlxalq hüquqa söykənməyən müddəalara, təhriflərə və əsaslı səhvlərə yol verilib. Səfir məqalədə yalnız erməni tərəfin fikirlərinin verildiyini bildirir, belə bir dərin münaqişə haqqında yazarkən digər tərəfin də mövqeyinin əks etdirilməsinin vacibliyini vurğulayır.

Pərviz Şahbazov məktubunda bildirir ki, məqalədə Ermənistanın təkcə Dağlıq Qarabağ bölgəsini deyil, Azərbaycanın daha yeddi rayonunu işğal etməsi barədə məlumat yoxdur: “Ermənilər Azərbaycan ərazilərini işğal edib, bir milyon azərbaycanlı doğma yurdundan qovulub. Beynəlxalq birlik həmin vaxtdan etibarən işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasını və insanların öz yurd-yuvalarına geri qayıtmasını qeyd-şərtsiz tələb edir”.
Dağlıq Qarabağın tarixinə toxunan səfir diqqətə çatdırır ki, bu ərazi təkcə sovetlər dövründə deyil, həmişə Azərbaycanın tərkibində olub: “Hətta Qarabağ xanlığının Rusiya çarlığına birləşdirilməsi haqqında müqavilə də azərbaycanlı İbrahim Xəlil xanla Rusiya nümayəndəsi arasında imzalanıb”.

Səfir Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən sülh danışıqlarına da toxunur və bildirir ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından məsələnin həlli mümkün olmur.

“Media forum” saytı xatırladır ki, Mixail Ludviq iyulun 7-də Naxçıvan Muxtar Respublikasını tərk etməyə məcbur olmuşdu. O, Naxçıvana reportaj hazırlamaq üçün iyulun 5-də gedibmiş. Azərbaycanın Xarici İşlər Nazirliyində akkreditə olunmuş qəzetçi RATİ-yə demişdi ki, işini yarımçıq dayandıraraq muxtar respublikanı tərk etməsinə yerli hakimiyyətin onun işinə maneə olması, onun izlənməsi və sərbəst hərəkət etməsinin məhdudlaşdırılması olub.