Vasifə “Sən oxuya bilmirsən” demişdi, üzr istədi - Video

vasife-sen-oxuya-bilmirsen-demisdi-uzr-istedi
Oxunma sayı: 5324

Xalq artisti Tünzalə Ağayeva məclislərin birində Əməkdar artist Vasif Məhərrəmlinin ünvanına “Sən oxuya bilmirsən” dediyinə görə ondan üzr istəyib.

“Qafqazinfo” xəbər verir ki, Ağayeva Məhərrəmli ilə video çəkib və instaqram hesabının hekayə bölümündə paylaşıb.

“Vasif dəyərli peşəkardır, sənət sahibidir. İnan ki, bu cümlənin sənin peşəkarlığına bir aidiyyəti yoxdur. Demək istəyirdim ki, Vasif caz sənlik deyil, qoy, oxuyum. Başa düşürəm hər şeyi, maqazin xəbərlərinə öyrəşmişik. Amma istəmərəm ki, sənət dostlarıma mənim kəlmələrimdən bir ziyan gəlsin. Vasif, yenə də “sorry” (üzr istəyirəm-red.)”, - Ağayeva deyib.

“İstədim deyəm ki, sən peşəkarsan, sənət budur”, - deyə Məhərrəmli əlavə edib.