Vaşinqtonda atışma oldu, yaralılar var

vasinqtonda-atisma-oldu-yaralilar-var
Oxunma sayı: 1524

Vaşinqtonun şimal-qərbində atışma olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bir neçə xarici səfirliyin yerləşdiyi ərazidə atışma nəticəsində azı üç nəfər yaralanıb. Onlardan ikisi kişi, biri qadındır.

Atışma baş verən əraziyə xeyli sayda polis qüvvəsi cəlb edilib. İnsidentin səbəbi araşdırılır və hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.