Vaşinqtonda fövqəladə vəziyyət elan edildi

vasinqtonda-fovqelade-veziyyet-elan-edildi
Oxunma sayı: 3054

ABŞ-ın paytaxtı Vaşinqtonda koronavirusa görə fövqəladə vəziyyət rejimi elan edilib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə şəhər meri Myuriel Bouzer bildirib. Onun sözlərinə görə, paytaxtda daha 6 nəfərdə koronavirus aşkarlanıb. Bununla da Covid-19 daşıyıcılarının sayı 10 nəfərə çatıb.

Fövqəladə vəziyyət rejimi merə zəruri karantin tətbiq etməyə və böhran dövründə qiymətləri artırmağa çalışan satıcılara qarşı qanuni addım atmağa şərait yaradacaq.