Vaşinqtonda küçəyə Camal Qaşıqçının adı verilə bilər

vasinqtonda-kuceye-camal-qasiqcinin-adi-verile-biler
Oxunma sayı: 814

ABŞ-ın paytaxtı Vaşinqtonda Səudiyyə Ərəbistanı səfirliyinin yerləşdiyi küçənin adının "Camal Qaşıqçı yolu" olaraq dəyişdirilməsi üçün şəhər şurasına qanun layihəsi təqdim edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu təkliflə Vaşinqton şəhər şurasının ən gənc üzvü Bruki Pinto çıxış edib.

Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda  öldürüldüyünü xatırladan Pinto belə deyib:

 "Səudiyyə Ərəbistanı səfirliyini ziyarət edən hər kəs Qaşıqçının cəsarətini xatırlayacaq. Qaşıqçı jurnalist kimi demokratiyanın, insan haqlarının və qanunların alovlu bir müdafiəçisi idi. Jurnalistləri qorxutmağa çalışanların müvəffəq olmasına icazə verə bilmərik. Jurnalistika, azadlıqlarımız və demokratiyamız hücum altındadır".

Qeyd edək ki, səudiyyə ərəbistanlı jurnalist Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə İstanbulda qətlə yetirilib. Onun öldürülməsi ilə bağlı bir sıra iddialar səslənir.