Vaşinqtonda “Silahdaşlar” sənədli filmi nümayiş olundu - Foto

vasinqtonda-silahdaslar-senedli-filmi-numayis-olundu
Oxunma sayı: 921

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar “Silahdaşlar” sənədli filmi nümayiş olunub.

Bu barədə “Qafqazinfo”ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, “Baku Group”un təşkilatçılığı ilə Kino Sənəti Teatrında baş tutan anım tədbirində Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, səfirliyin əməkdaşları, Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Filmin nümayişindən öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Silahdaşlar” sənədli filmi nümayiş etdirilib.

Qeyd edək ki, ekran əsərinin ssenari müəllifi Xalq artisti Ramiz Fətəliyev, quruluşçu rejissoru Nizami Abbasdır.