Vaşinqtonda təyyarə qəzası - Ölən və yaralanan var

vasinqtonda-teyyare-qezasi
Oxunma sayı: 2830

ABŞ-nin Vaşinqton ştatında iki nəfərlik təyyarə qəzaya düşüb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə "The Seattle Times" məlumat yayıb.

Bildirilib ki, təyyarənin Sammamiş gölünə düşməsi nəticəsində bir nəfər ölüb, digər şəxs isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hazırda hadisənin başvermə səbəbi araşdırılır.