Vaşinqtonda üçtərəfli görüş keçirildi - Yenilənib

vasinqtonda-ucterefli-gorus-kecirildi
Oxunma sayı: 2208

Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, erməni həmkarı Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş üzrə danışıqlar gedir.

***

Bildirilib ki, Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyiş qeyd edilib və tərəflər bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.

Hər iki tərəf görüşə ev sahibliyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.