Vatikan tarixində bir ilk

vatikan-tarixinde-bir-ilk
Oxunma sayı: 3790

Vatikan tarixində ilk dəfə sahib olduğu mülklərini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 50 səhifədən çox olan sənədlərdə Vatikanın İtaliyada 4 min 51 və ölkə xaricində təxminən 1120 mülkü olduğu göstərilib.

İtaliya xaricindəki mülklər, əsasən, London, Paris, Cenevrə və Lozannadadır.

İtaliyadakı mülklərin 14-ü bazar dəyərində, digərləri isə kilsə əməkdaşlarına endirimli qiymətlərlə kirayə verilib. Mülklərin 40 faizi məktəb, monastır və xəstəxana kimi tikililərdir.