Vatikanda cinsi istismar qalmaqalı

vatikanda-cinsi-istismar-qalmaqali
Oxunma sayı: 3492

Katolik kilsəsinin idarə mərkəzi olan Vatikan polşalı kardinal Stanislav Çivinsin Krakov Baş Yepiskopluğu dönəmində bəzi cinsi istismar faktlarını ört-basdır etməkdə ittiham olunmasını araşdırdığını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, II İohan Pavelin yaxın adamlarından olan kardinalın baş yepiskop olduğu dövrdə - 2005-2016-cı illərdə cinsi istismar faktlarının üstünü basdırması ittihamlarını araşdırmaq vəzifəsini kardinal Angelo Baqnaskoya həvalə edib.

Vatikanın Varşavadakı Səfirliyindən bildirilib ki, kardinalın Polşaya iyunun 17-dən başlayan səfəri bu gün başa çatıb.

Kardinalın topladığı materialları Vatikana təqdim edəcəyi gözlənilir.

Kardinal Stanislav Çivinsin isə haqqındakı ittihamları rədd etdiyi bildirilib.