Vatikanın sirləri ortaya çıxdı

vatikanin-sirleri-ortaya-cixdi
Oxunma sayı: 633

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, papaya sui-qəsd iddialarının ardınca dövlət katibliyindən əldə edilən sənədlər kardinallar arasında papalığa namizədlik uğrunda yarışların getdikcə gərginləşdiyini ortaya çıxarıb. Sənədlərdə keçən həftə sonu 22 yeni kardinalın seçildiyi toplantıdan sonra ABŞ kardinallarının hücuma keçdiyi məlum olub.

Vatikanda rəhbərlik uğrunda mübarizəyə qoşulan tərəflərin mətbuata sızdırdığı sənədlər, rüşvətxorluqla mübarizə aparmaqda qərarlı olan Monsignor Viganonun bu hərəkətindən məmnun olmayan lobbilər tərəfindən ona qarşı hazırlanan təxribatı bir daha isbatlamış olub.

Səidə