Vatsap biznes üçün yeni funksiya üzərində işləyir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, biznes profillərini təkmilləşdirmək istəyən vatsap əlavə funksiyalar təklif etmək üçün yeni abunə planı üzərində çalışır.
Vatsapda biznes hesabları üçün “Qoşulmuş Cihazlar” bölməsi yenidən dizayn ediləcək və bu bölməyə abunə planı əlavə olunacaq. Yeni funksiya sayəsində eyni vatsap biznes hesabı 4 fərqli cihazda açıla bilər.
Normal şəraitdə 4 cihazı dəstəkləyəcək yeni funksiya ödənişli abunəlik ilə 10-a qədər cihazı dəstəkləyə biləcək.
Son xəbərlər
Son Xəbərlər