Vatsapda yeni funksiya işə salındı

Vatsapda yeni funksiya işə salındı
Oxunma sayı: 4626

Vatsap istifadəçiləri daha bir yeni funksiyadan yararlana biləcək.

“Qafqazinfo” “The Verge” portalına istinadən xəbər verir ki, artıq vatsapda istifadəçi tərəfindən seçilən müvafiq vaxtdan sonra yeni söhbətlərdə ismarışlar avtomatik silinəcək.

Yeni funksiya sayəsində ismarışlar 24 saat, bir həftə və yaxud 90 gündən sonra avtomatik silinə biləcək.

Sözügedən funksiyadan Android və İOS ilə çalışan telefonlarda istifadə etmək mümkündür. Bu xidmətdən yararlanmaq üçün vatsapda məxfilik bölməsinə daxil olmaq və “silinən mesajlar”ı seçmək lazımdır.

Yeni funksiyanın dekabrın 6-dan etibarən əlçatan olduğu bildirilir. Bununla belə, qeyd olunur ki, yenilənmənin telefonunuzda peyda olması bir neçə gün davam edə bilər. 

Qeyd edək ki, ismarışları silən funksiya ötən il tətbiq olunub və indiyədək hər çatda ayrıca işə salmaq tələb olunurdu.