Vatsapdan daha bir yenilik

vatsapdan-daha-bir-yenilik
Oxunma sayı: 5420

Vatsap növbəti yeniliyini təqdim etməyə hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Bildirilib ki, istifadəçilər silinmiş mesajları geri qaytara biləcəklər. Bunun üçün ismarış silindikdən sonra bir neçə saniyə vaxt veriləcək. Hazırda sözügedən funksiya Vatsapın beta versiyası üçün mümkündür.

Qeyd edək ki, daha əvvəl Vatsapda yeni funksiyanın işə salınacağı bildirilmişdi. Yeni funksiya qrup çatlarında mobil nömrəni digər istifadəçilərdən gizlətməyə imkan verəcək.