“Vaxt azaldıqca məsuliyyət artır” - Çunayev + Video

vaxt-azaldiqca-mesuliyyet-artir-
Oxunma sayı: 1335

Yunan-Roma güləşi üzrə millimizin üzvü Rəsul Çunayev avqustda Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlı açıqlama verib.

Qafqazinfo” xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının saytına danışan idmançımız vaxt azaldıqca məsuliyyətin artdığını bildirib: “Çox ciddi şəkildə hazırlaşırıq. Vaxt azaldıqca məsuliyyət artır. Rio Olimpiadasında seçilmiş idmançılar mübarizə aparacaq. Mənim çəkimdə 6-7 dünya və avropa çempionu var. Onlarla güləşmək asan olmayacaq. Amma azarkeşləri sevindirməyə çalışacağıq”.