Vaxt tükəndi...

vaxt-tukendi
Oxunma sayı: 5650

“Titanik”in qalıqlarını ziyarət etmək istəyən turistləri daşıyan “Titan” sualtı qayığının oksigen ehtiyatı Bakı vaxtı ilə saat 15:08-dən etibarən tamamilə tükənib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qayığın yeri hələ də müəyyən edilməyib.

Qayığın 96 saatlıq həyat dəstəyinin bitməsi ilə artıq kritik saatlara daxil olunub.

5 sərnişininin tapılması üçün başlayan axtarış-xilasetmə işlərinə bazar günü səhərindən başlanılıb.

Qeyd edək ki, dəniz dibinin təxminən 4 kilometr altına çata bilən robota sahib Fransız gəmisi “Atalante” axtarış və xilasetmə işlərinə kömək etmək üçün qayığın batdığı sahəyə gəlib.