“Vaxtı gələndə sevgilim danışacaq” - - Sevda

vaxti-gelende-sevgilim-danisacaq-
Oxunma sayı: 4015


Müğənni Sevda Yahyayeva sevgilisi olduğunu etiraf edib.

"Qafqazinfo" xəbər verir ki, Axşam.az-ın müxbirilə söhbətində sənətçi deyib ki, 8 ildir həmin şəxslə birlikdədir:

"Onu sevirəm. Hamıya da sevməyi məsləhət görürəm, gözəl hisslərdir. Vaxtı gələndə o özü çıxıb münasibətimiz haqda danışacaq".

“Toy nə vaxtdır” sualına isə müğənninin cavabı belə olub:

"Mən də gəlinlik geyinmək istəyirəm. Amma heç vaxt necə gəlin olacağımın xəyalını qurmamışam. Mən xəyallarla yaşamağı xoşlamıram. Tezliklə hər şey aydın olacaq”.