Vaxtı keçmiş məhsullar məhv edildi

vaxti-kecmis-mehsullar-mehv-edildi
Oxunma sayı: 1062

İstifadə müddəti bitmiş və istehlaka yararsız 65 adda, ümumi çəkisi 8946.77 kq müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, proses “AZ FP CO LTD” MMC-nin müraciəti əsasında həyata keçirilib.