Vaxtı keçmiş spirtli içkilər satan şərab evi cərimələndi

vaxti-kecmis-spirtli-ickiler-satan-serab-evi-cerimelendi
Oxunma sayı: 1693

Tovuz şəhəri, H.Aslanov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Qabil Musa oğluna məxsus şərab evində qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, ümumi çəkisi 65 litr olan 23 adda və müxtəlif çeşiddə yararlılıq müddəti bitmiş spirtli içkilərin satışının həyata keçirildiyi məlum olub.

Aşkar olunmuş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq fiziki şəxs inzibati məsuliyyətə cəlb edilib, istehlak üçün yararsız 65 litr spirtli içki satışdan kənarlaşdırılıb, sahibkara yeyinti məhsulları sahəsində müvafiq qanunvericiliyin tələbləri izah edilib və nöqsanların qısa zamanda aradan qaldırılması barədə göstəriş verilib, müəssisənin fəaliyyəti nəzarətə götürülüb.