Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, monitorinqlər zamanı Bakının Yasamal, Suraxanı, Nəsimi, Nərimanov, Qaradağ, Binəqədi rayonunda, Sumqayıt şəhərində, Kürdəmir, Bərdə, Xaçmaz, Qazax, Lənkəran, İsmayıllı, Balakən mağazalarında saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Yararsız mallar aşkarlanan mağazalar aşağıdakılardır:
Bakının Yasamal rayonunda
- A.M.Şərifzadə küçəsi, 196 ünvanında Mirvari Ələkbərovaya məxsus mağazada;
Sumqayıt şəhərində
- 8-ci mikrorayonda Telman Əsgərova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Suraxanı rayonunda
- Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 15 ünvanında Sevinc Şahbazovaya məxsus mağazada;
- Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 122 ünvanında Elçin Ələkbərova məxsus mağazada;
- Suraxanı qəsəbəsində Bülbül Abbasovaya məxsus mağazada;
Nəsimi rayonunda
- Azadlıq prospekti, 18 ünvanında Ağasəməd Əfəndiyevə məxsus mağazada;
Nərimanov rayonunda
- N.Hacıyev küçəsi, 26 ünvanında Vüqar Cəfərova məxsus mağazada;
Kürdəmir rayonunda
- Kərrar qəsəbəsində Akif Nuğayevə məxsus “Anar” yeməkxanasında;
Bərdə rayonunda
- Mirzalıbəyli kəndində Xalid Qədirova məxsus mağazada;
Xaçmaz şəhərində
- Bakı prospektində İlham Allahverdiyevə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Qaradağ rayonunda
- Qobustan qəsəbəsində Bayram Baxışova məxsus mağazada;
Binəqədi rayonunda
- 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 129C ünvanında İlqar Allahyarova məxsus mağazada;
- 7-ci mikrorayon, F.Məlikov küçəsi, 60/30 ünvanında Amil Səfərova məxsus mağazada;
Sumqayıt şəhərində
- 8-ci mikrorayon, Ə.Quliyev küçəsi, 12/35 ünvanında Qiymət Allahverdiyevaya məxsus mağazada;
Qazax şəhərində
- Azadlıq küçəsində Yahya Mustafayevə məxsus mağazada;
Yevlax şəhərində
- C.Mustafayev küçəsi, ev 65 ünvanında Sahib Bəxtiyarova məxsus mağazada;
Bərdə rayonunda
- Güloğlular kəndində Elçin Nəbiyevə məxsus mağazada;
- Mustafağalı kəndində Qalib Novruzova məxsus mağazada;
Xaçmaz şəhərində
- H.Əliyev prospektində Natiq Hacıyevə məxsus mağazada;
İsmayıllı şəhərində
- Nizami küçəsində Lətifə Qurbanovaya məxsus mağazada
- Ələkbərzadə küçəsində Abil İsrayılova məxsus mağazada;
Lənkəran rayonunda
- Lənkəran şəhəri, Səttarxan küçəsi, 118 ünvanında Xumarə Əliyevaya məxsus mağazada;
Zaqatala şəhərində
- S.Kazımov küçəsində Naimə Abdullayevə məxsus mağazada;
Balakən şəhərində
- H.Əliyev prospektində Rəfiqə Pirxiyevaya məxsus mağazada;
Ağdam rayonunda
- Əfətli kəndində İlham İbrahimova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
Son xəbərlər
Son Xəbərlər