"Qafqazinfo" xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqə sektorunun müdiri Arzu Tairquliyeva deyib. Onun sözlərinə görə, müsahibələr sentyabrın 10-dək qədər davam edəcək:
“Avqust ayının 5-dən etibarən öncədən təşkil edilmiş xüsusi komissiyaların iştirakı ilə müsahibələrə başlanılıb. Hazırda 8 komissiya fəaliyyət göstərir. Hər komissiya 5 nəfərdən ibarətdir: komissiya sədri, iki nəfər ibtidai sinif müəllimi, 1 psixoloq, 1 həkim-defektoloq. Hər uşağa 4 sual verilir və hər sual 5 ballıq sistemlə qiymətləndirilir. 15 və daha yüksək bal toplamış şagirdlərin məktəbə getməsinə icazə verilir. Suallar uşaqların dünya görüşünü, məntiqini və nitq qabiliyyətini yoxlayır”.
Son xəbərlər
Son Xəbərlər