Vaynşteyn koronavirusdan sağaldı

vaynsteyn-koronavirusdan-sagaldi
Oxunma sayı: 1091

Keçmiş Hollivud prodüseri Harvi Vaynşteyn koronavirusdan sağalıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Daily Mail” xəbər verib.

Seksual zorakılığa görə 23 il həbs cəzası alan eks-maqnat COVID-19 testinin müsbət nəticələnməsindən sonra yerləşdirildiyi 14 günlük karantindən buraxılıb.

Mənbə, eks-maqnata yaxın olan şəxs bildirib ki, Vaynşteynin sağalmasından təəccüblənib. “Mən inana bilmirəm ki, o, bunu etdi. Mən əmin idim ki, bu, onun sonu olacaq”, - nəşr onun sözlərini sitat gətirir.