“VAZ 2106” ilə qoyunları vurub öldürdü

vaz-2106-ile-qoyunlari-vurub-oldurdu
Oxunma sayı: 2155

Göygöldə xırdabuynuzlu heyvanların tələf olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Qırıxlı kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı avtomobil yolda olan qoyun sürüsünə çırpılıb. Hadisə zamanı 7 qoyun tələf olub.

Qəza zamanı bir nəfər də xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli