“VAZ 2107” ilə piyadanı vurub öldürdü

vaz-2107-ile-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1441

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" nun məlumatına görə rayonun Düyərli kəndində yolu keçmək istəyən 1965-ci il təvəllüdlü sakin Cəmallədin Rüstəmov "VAZ 2107" markalı avtomobil tərəfindən vurulub. Bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli