“VAZ-2107” motosikletlə toqquşdu, 17 yaşlı sürücü xəsarət aldı

vaz-2107-motosikletle-toqqusdu-17-yasli-surucu-xesaret-aldi
Oxunma sayı: 843

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil motosikletə çırpılıb. Nəticədə motosikletin sürücüsü - 17 yaşlı Həmzəyev Ramin Aydın oğlu xəsarət alıb. Xəstəxanaya aparılan Həmzəyevin vəziyyətinin orta-ağır olduğu bildirilir.  

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli