“Vaz” “Mercedes”lə toqquşdu, 4 nəfər xəsarət aldı

vaz-mercedesle-toqqusdu-4-nefer-xesaret-aldi
Oxunma sayı: 1528

İsmayıllı rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, hadisə rayonun Balik kəndi ərazisində qeydə alınıb. 

"VAZ-21099" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"ın sürücüsü Akif Ağamirov və üç sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Faktla bağlı araşdırma aparılır.