“VAZ”la traktor toqquşdu- - Sürücü yaralandı

vazla-traktor-toqqusdu-
Oxunma sayı: 931


"Qafqazinfo"nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, rayon mərkəzindən 9 km aralıda yerləşən Xocavənd kəndində “VAZ” markalı minik avtomobili ilə traktorun toqquşması nəticəsində yol nəqliyyat qəza hadisəsi baş verib. 

Nəticədə traktorun sürücüsü bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla traktordan çıxarılaraq adiyyatı üzrə təhvil verilib.