“VAZ”la vurulan qadın öldü

vazla-vurulan-qadin-oldu
Oxunma sayı: 1269

Nərimanov rayonunun K.Rəhimov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza aprelin 29-da saat 23 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini A.Əliyev idarə etdiyi “VAZ-2103” markalı avtomobillə yolu keçən paytaxt sakini Fəridə Ələkbərovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.