Ağcabədi rayonunda qəza hadisəsi qeydə alınıb.
“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Bəhrəmtəpə-Mingəçevir yolunun 109-cu kilometrliyində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobili və “MAZ” markalı yük avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü bədən xəsarətləri alıb.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildən vətəndaş çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Son xəbərlər
Son Xəbərlər