“VAZ”la yük maşını toqquşdu, sürücü öldü

vazla-yuk-masini-toqqusdu-surucu-oldu
Oxunma sayı: 2025

Tərtər rayonunun Azadqaraqoyunlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza iyunun 21-də saat 20 radələrində qeydə alınıb. 

Kənd sakini Təhməz Məmmədovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə Bərdə rayon sakini C.Əlizadənin idarə etdiyi “İsuzu” markalı yük avtomobili toqquşub. Nəticədə T.Məmmədov hadisə yerində ölüb, C.Əlizadə və bir sərnişini xəstəxanaya yerləşdiriliblər.

Tərtər RPŞ tərəfindən araşdırma aparılır.