“Və bir gün hər kəs yuvasına dönər” - Foto

ve-bir-gun-her-kes-yuvasina-doner
Oxunma sayı: 2377

Xəbər verdiyimiz kimi, türkiyəli futbolçu Arda Turan “Qalatasaray”la müqavilə imzalayıb.

“Qafqazinfo” bildirir ki, bu gün 33 yaşlı oyunçu instaqram hesabında fotosunu paylaşaraq, “Və bir gün hər kəs yuvasına dönər” sözlərini yazıb. Bununla da o, transferini bir daha təsdiqləyib.

Qeyd edək ki, Turanın “Barselona” ilə olan müqaviləsi bu ilin iyununda bitib. 2019/20 mövsümündə türk icarə əsasları ilə “İstanbul”da çıxış edib. O, komandanın tərkibində 12 matç keçirib. 2020-ci ilin yanvarında klub futbolçu ilə icarə anlaşmasını pozub.

Turan “Qalatasaray”da 2000-2011-ci illərdə çıxış edib.