Və kubok "Real"Madridindir- - Yenilənib

ve-kubok-quotrealquotmadridindir-
Oxunma sayı: 2855


 “Qafqazinfo” xəbər verir ki, “Barselona” finalda  “Real”Madridlə qarşılaşır. İndiyənə qədər 6 dəfə “Copa Del Rey”in finalında qarşılaşan barışmaz rəqiblər hərəyə 3 qələbə əldə edib. Son “El Klasiko”nun qalibi La Liqa çərçivəsində “Barselona” olub. Həmin matç 4-3 hesabı ilə başa çatıb. 

Bugünkü matçda "Real"Madridin heyətində ulduz futbolçu Kritştiyano Ronaldo zədə səbəbindən çıxış etmir.

***

11-ci dəqiqədə Anxel Di Mariya hesabı açdı.

***

İlk hissə "Real"ın minimal hesablı qələbəsi ilə başa çatdı

 ***

Bartra 68-ci dəqiqədə baş zərbəsi ilə "Barsa"nın bərabərlik qolunu vurdu.1-1 hesaba tarazlıq gəldi.

***

86-cı dəqiqədə Qaret Beyl super reydi ilə yadda qaldı və hesabı 2-1 etdi.

***

2013-2014-cü il mövsümünün ilk titulu "Real"Madridə nəsib oldu. Kral kubokunu "Real" başı üzərinə qaldırır.

İqbal