Veb proqramçılar üçün milli sayt

veb-proqramcilar-ucun-milli-sayt
Oxunma sayı: 1672

Mən necə sayt yarada bilərəm? Bu sual bir çox insanları düşündürür.

Məlumdur ki, milli internet məkanında sayt yaratmağın əsaslarını öyrədən resurslar çox azdır. "http://Codecourse.info" saytının yaradılmasında əsas məqsəd bu boşluğu doldurmaqdır.

“Qafqazinfo”nun ıctnews.az-a istinadən məlumatına görə, hazırda istifadəçilər üçün dərsliklər əlçatandır. İstifadəçilər, həmçinin resursda şərh yazaraq fikirlərini bölüşə bilərlər.

Layihənin rəhbəri Emil Hüseynov bildirib ki, yaxın gələcəkdə resursda sayt yaratmağın əsaslarını öyrədən videolar yerləşdiriləcək. Həmçinin elektron kitablar, öyrənilmiş dərslərlə bağlı biliyin yoxlanılması üçün testlərin yerləşdirilməsi planlaşdırılır.